RU

Pensiyalar bu qədər artır: Qazilərin ödənişi isə... - Açıqlandı

Hazırda Milli Məclisdə 2025-ci ilin büdcə layihəsi müzakirə edilir. Bir sıra sahələrdə artımların olacağı açıqlanıb. İndiki şəraitdə belə bir büdcə layihəsinin təqdim edilməsi müsbət haldır. Hazırda dünya iqtisadiyyatında kifayət qədər ciddi problemlər var. Müharibələr və digər amillər iqtisadi proseslərə təsirsiz ötüşmür.

Bunu Teleqraf.com-a iqtisadçı alim, İstiqlalçı deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, büdcə layihəsində yaşayış minimumu, minimum əməkhaqqı, pensiya və müavinətlərin, qazilərin, şəhid ailələrinin ödənişlərinin artırılması ilə bağlı müsbət məqamlar çoxdur:

“Bununla yanaşı minimum pensiya həddinə baxmaq lazımdır. Hazırda ölkədə minimum pensiya 270 manatdır. Artımlarla bu rəqəm 285 manat olacaq”.

İqtisadçı hesab edir ki, qiymətlərin artımı, idxalın qiymət siyasətinə əlavə təsirləri, minimum pensiyanın daha çox artırılması labüddür:

“Müharibə veteranlarına verilən 80 manatın kommunal xərcləri qarşılamaq üçün olduğu deyilirdi. Kommunal xidmətlərin qiymətində dəyişiklər olub. Ona görə də qazilərin ödənişi minimum 150 manat səviyyəsinə qaldırılmalıdır".

Vahid Əhmədova görə, ABŞ-dakı prezident seçkilərindən sonra neftin qiyməti ilə bağlı müəyyən fikirlər irəli sürülür:

“Ona görə də, dövlət büdcəsində qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Bu, ölkəmiz üçün əhəmiyyətlidir. 2025-2026-cı illərdə bir sıra problemlər yarana bilər. Əgər, Amerikanın yeni prezidenti Donald Trampın dediyi kimi neftin qiyməti 40-50 dollar səviyyəsinə düşərsə, bu ciddi proseslərə yol açacaq. Belə olan halda ixrac edilən məhsulların strukturuna diqqət yetirilməlidir”.

İstiqlalçı deputat bildirib ki, qısa zamanda Azərbaycanda istehsalı mümkün olan sahələrə diqqət artırılmalıdır:

“Regionlarda iş yerlərinin açılması təmin olunmalıdır. 2025-2026-cı illərdə dövlət büdcəsinin xərc hissəsində ciddi problemlər yarana bilər. Maliyyə naziri Samir Şərifov da müəyyən kəsirlərin olduğunu açıqlayıb. Büdcənin xərc hissəsinə nəzarət mexanizmi gücləndirilməlidir. Hesablama Palatası xərclərin üzərində ciddi nəzarət mexanizmi həyata keçirməlidir”.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
17
2
teleqraf.com

3Источники