Türkəsilli amerikalı həkim Mehmet Öz ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administarasiyasına daxil olan ilk türk məmur ola bilər.
Missiya.Az xəbər verir ki, Tramp onun namizədliyini Medicare və Medicaid Services Mərkəzinin (CMS) rəhbəri vəzifəsinə irəli sürüb.
Bildirilir ki, adı çəkilən təşkilat 150 milyondan çox amerikalının tibbi sığorta prosesinə nəzarət edir. Əgər ABŞ Senatı onun namizədliyini təsdiqləsə, Mehmet Öz bu mühüm vəzifəni tutacaq.
Qeyd olunub ki, bununla o, səhiyyə islahatlarının kritik dövründə 2,6 trilyon dollarlıq illik büdcənin idarə olunması üçün məsuliyyət daşıyacaq.
Türkiyə mətbuatı qeyd edir ki, tanınmış kardioloq və ictimai səhiyyə sahəsində böyük təcrübəyə malik mütəxəssis kimi Mehmet Öz ABŞ-nin səhiyyə sisteminə təsir edə biləcək vəzifəyə təyin olunacaq.
Daşqın HəsənovMissiya.Az