RU

Müəssisələr vakant iş yeri barədə məlumat vermir - Komitə sədri

Ölkədə yeni müəssisələr fəaliyyətə başlasa da, lakin yeni iş yerlərinin açılması barədə Məşğulluq Mərkəzinə məlumat verilmir və bu da yolverilməz haldır.

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bununla bağlı müraciətlər olur: “Fəaliyyətə başlayan müəssisələr vakant yerləri barədə Məşğulluq Mərkəzini məlumatlandırmır. Vakant yerlər barədə məlumatın verilməsi əmək bazarının səmərəli tənzimlənməsi üçün vacib amildir. Belə demək mümkünsə, bu əmək bazarının tələb və təklifi baxımdan əhəmiyyət kəsb edir. Bu məsələlərin gələcəkdə nəzərə alınması məqsədəuyğun olardı”, - deputat qeyd edib.

Mürtəza
Paralel.az

Избранный
16
3
paralel.az

4Источники