RU

Beynəlxalq Nəqliyyat Assosiasiyasının baş katibinin COP29-la bağlı TƏƏSSÜRATLARI

COP29 konfransı üçün Bakıya gələn əcnəbilərin istəkləri fərqli sahələrə görə dəyişir. Kimisi iqlim dəyişikliyinin su qıtlığına təsirindən, kimisi qida çatışmazlığından və bu kimi müxtəlif ziyanlarla bağlı həll yolları tapmaqdır.

Beynəlxalq Nəqliyyat Assosiasiyasının baş katibi, Brüsseldən gələn Mohamed Mezghaninin məqsədi isə nəqliyyatın karbon tullantılarından necə azad ediləcəyi barədədir.

O, Bizim.Media-ya bu barədə danışıb.

"COP29-da şəhərlərdə nəqliyyatın daha az CO2 emissiyası ilə fəaliyyət göstərməsini necə təmin edə biləcəyimizi müzakirə edəcəyik. Tədbirdə bizim üçün vacib olan məsələ hökumətlərin nəqliyyatı iqlim planlarına daxil etməsidir. Müşahidə etmişik ki, ölkələrin üçdə biri nəqliyyatı öz iqlim planlarında göstərməyib. Buna görə rolumuz onların diqqətini buna çəkmək və nəqliyyatı iqlim planlarına daxil etmələrinə kömək etməkdir. Buna görə bura gəlmişik".

Mohamed Mezghani infrastrukturun dayanlıqlı olmasının vacibliyinə də toxunub:

“İnfrastrukturun dayanıqlı olması o deməkdir ki, baş verən təbii fəlakət və iqlim hadisəsi zamanı infrastruktur buna dözsün. Yəni, metrostansiya və qatarlarımız, eləcə də digər nəqliyyat növləri işləməyə davam etsin. Bu baxımdan nəqliyyat sistemlərinin bu problemlərə davam gətirməsi və bunun vətəndaşlara faydalı olması vacib məsələdir.

Baş katib Azərbaycanla bağlı təəssüratlarını da bölüşüb:

"Çox müsbət təəssüratlarım var. Bakı şəhərini az gəzmişəm. Çox gözəl bir şəhərdir, təmiz və çoxlu parklar var. COP29 isə möhtəşəm təşkil olunub. Burada olmaq xoşdur. Azərbaycanlıların qonaqpərvər olduğunu da xüsusilə qeyd etmək istəyirəm".

Nuray, Bizim.Media

Избранный
42
32
bizim.media

10Источники