RU

UNFCCC: Əlillərin COP29-da əlçatanlığı təmin edilir

Media imkanları baxımından Azərbaycan hökumətinin göstərdiyi xidmətlər əladır.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29 çərçivəsində jurnalistlərə açıqlamasında UNFCCC-nin Kommunikasiyalar Departamentinin rəhbəri Aleksandr Sayer deyib:

“Biz burada - Bakıda əla, yüksək standartlı, yüksək keyfiyyətli media vasitələri və xidmətlərlə qarşılaşdıq, təxminən 300-ə yaxın yazı mətbuatı sahəmiz var. Beynəlxalq media üçün kabinələrimiz var və bu 60-a yaxındır. Həmçinin beynəlxalq media və milli media üçün COP29-da hazırlanan bütün materialları, bütün kadrları qəbul etmək üçün açıq sahəmiz var”.

O, Azərbaycan hökuməti üçün COP29-da əlillərin əlçatanlığının çox vacib məsələ olduğunu qeyd edib: “Media mərkəzində heç bir problem yoxdur, təkcə media mərkəzində deyil, əslində bütün məkanda bununla bağlı problem yoxdur”.

Избранный
9
1
bakivaxti.az

2Источники