RU

Azərbaycan millisinin oyununda VAR yanlış qərar verib?

UEFA Millətlər Liqasının İsveç – Azərbaycan (6:0) matçında VAR-ın böyük səhvə yol verdiyi bildirilir.

İdman.biz xəbər verir ki, Sportbible.com saytında UEFA-nın bununla bağlı bəyanat yaydığı qeyd olunub.

Söhbət isveçli hücumçu Aleksandr İsakın iştirakı ilə mübahisəli məqamdan gedir. “Nyukasl”lı futbolçunun qolu VAR yoxlamasından sonra ofsayd səbəbi ilə qeydə alınmayıb.

Sosial mediada yazan VAR mütəxəssisi Deyl Conson bildirib ki, həmin epizodda müdafiəçi topu Viktor Gökereşə ötürüb: “İsak isə oyundankənar vəziyyətin bir hissəsi deyildi və ofsaydın olması mümkünsüzdür".

Matçdan sonra açıqlama verən İsak da karyerasında bu səviyyədə belə bir şey yaşamadığını vurğulayıb: “Çoxlu səhvlər görmüşəm, lakin bu olduqca kobud idi. Fasilədə VAR hakimləri mübahisə etdik, lakin onlar düzgün qərar verdiklərinə dair fikirlərində qaldılar”.

İndi isə UEFA-nın səhvə yol verildiyini etiraf edən bəyanat yaydığı iddia edilib.

İsveçin "Sport Bladet" xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda deyilir: "Oyundankənar vəziyyət qərarında video köməkçi hakimin səhvi olub".

İdman.biz

Избранный
17
idman.biz

1Источники