RU

Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir - BMT-nin xüsusi nümayəndəsi

Bakı. Trend:

Su üzrə Bakı Dialoqu gələcək COP-ların ayrılmaz bir hissəsiolaraq davamlı şəkildə keçirilməlidir.

Trend xəbər verir ki, bubarədə BMT-nin Su Resursları üzrə xüsusi nümayəndəsi Retno MarsudiCOP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət vəinsanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdəbildirib.

"Su məsələləri və iqlim fəaliyyəti üzrə Bakı Dialoqu suməsələsinin iqlim gündəliyinə inteqrasiyası üçün vacib bir fürsətoldu", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi su vasitəsilə özünügöstərir və su bu qlobal çağırışla mübarizədə əsas həll yoludur.Bununla belə, su və iqlim arasındakı qarşılıqlı əlaqə iqlimdəyişikliyi müzakirələrinin gündəliyində arxa planda qalıb.

"Əminəm ki, Su üzrə Bakı Dialoqu və iqlim fəaliyyətləri suproblemlərinin müzakirəsini dərinləşdirəcək və onların iqlimgündəliyinə ardıcıl inteqrasiyasını təmin edəcək. Bu dialoq COP26,COP27 və COP28-də su məsələləri ilə bağlı razılaşdırılmıştəşəbbüsləri davam etdirəcək", – deyə R.Marsudi qeyd edib.

O, ardıcıllığın və davamlılığın təmin edilməsinin əhəmiyyətinivurğulayıb.

Onun sözlərinə görə, Su üzrə Bakı Dialoqu COP-lar çərçivəsindədavamlı şəkildə keçirilməlidir.

"Bu, zamanla iqlim və su arasındakı qarşılıqlı əlaqəninmonitorinqini və gücləndirilməsini təmin edəcək. Bakı Dialoqununardıcıllığı və davamlılığı su və iqlim üzrə qlobal məqsədlərə, ocümlədən 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqüçün məhdud vaxtın səmərəli istifadəsi baxımından da mühüməhəmiyyət daşıyır", – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
30
2
az.trend.az

3Источники