RU

"624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim" - Deputatdan nazirə sual

"Regionlarda əməkhaqqı Bakıdan 2 dəfə, orta əməkhaqqından isə 1,8 faiz aşağıdır"

Bunu Milli Məclisdə iki komitənin birgə iclasında deputat Əli Məsimli deyib.

O bildirib ki, burada 2018-2024-cü illərdə Azərbaycanda 624 iş yerinin açıldığı qeyd olundu: "Pandemiya vaxtı iş yerlərinin statistikasına yenidən baxılması aktuallıq kəsb etdi. 2018-ci ildə Azərbaycanda statistik rəqəmə görə 300 min işsiz olub. Son dövlərin rəqəmi isə 385 minin ətarfında olub. Bu ilin sentyabr ayının göstəricilərinə görə isə hardasa 283,5 min işsizlik statistikası var. Bu baxımdan, 624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim".

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında 2018-2024-cü illər ərzində 624 min nəfərin Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunduğunu deyib.


Mənbə: unikal.az

Избранный
16
2
unikal.az

5Источники