29 noyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Dilatasion kardiomiopatiyanın menecmenti” mövzusunda seminar həyata keçiriləcəkdir. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar kardioloq, nefroloq, kardiocərrah, terapevt, anestezioloq-reanimatoq, nevroloq, terapevt, tecili yardım həkimi, radioloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.