RU

Binalar söküldükdən sonra vətəndaşlara kompensasiyalar hansı qaydada ödənilir? - AÇIQLAMA

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək. Məlumata görə, söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

Bəs, vətəndaşlara kompensasiyaların ödənilməsi qaydası necə tənzim edilir?

Əmlak eksperti Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında bildirib ki, 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə köhnə çoxmənzilli yaşayış binalarının söküntülərinə start verilib:

“Bu günə qədər onlarla köhnə çoxmənzilli binalar sökülərək yeni tikililəri ilə əvəzlənib. Habelə, paytaxt ərazisindəki fərdi yaşayış evlərinin söküntüsü prosesi gedir ki, həmin ərazilərdə yaşayan sakinlərə burada tikiləcək yeni çoxmənzilli yaşayış binalarının tam təmirli mənzillər və vətəndaşlara kompensasiya olaraq yeni mənzillər təqdim edilənə qədər kirayə və köç xərcləri verilir. Ölkəmizdə söküntülər daha çox iki formada aparılır - özəl sektor və dövlət tərəfindən. Torpaqları dövlət ehtiyacı üçün alınması zamanı aparılan söküntülərdə vətəndaşların əmlakları bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara 20 faizdən artıq kompensasiya ödənilir. Hazırda Bakının bir çox ərazilərində dövlət xətti ilə söküntü işləri aparılır ki, sözügedən yerlərdə artıq təzə binaların tikintisi deyil, yeni parkların salınması və infrastrukturların qurulması gözlənilir”.

Elnur Fərzəliyev vurğulayıb ki, artıq paytaxtın Baş Planı 2023-cü ilin dekabr ayında təsdiqlənib ki, həmin Plana uyğun Bakı şəhərində çox sayda onlarla köhnə çoxmənzilli yaşayış binaları, fərdi yaşayış evləri və bir çox iaşə obyektləri sökülərək müəyyən yolların çəkilməsi, infrastrukturların qurulması və parkların salınması üçün istifadə ediləcək:

“Belə hallarda da vətəndaşların əmlakları dəyərləndirilir. Onlara kompensasiya olaraq mənzil yox pullar verilir. Vətəndaşlar əldə etdikləri məbləğlərlə yaxın ərazilərdən özlərinə digər daşınmaz əmlaklar alır. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülər zamanı isə vətəndaşlara sökülən ünvanda tikiləcək yeni tikili binalardan mənzillər təqdim olunur. Otaq sayına uyğun otaq sayı, ümumi sahəsindən daha geniş tam təmirli mənzillər verilir, köç xərcləri və proses başlandığı gündən bitən günə qədər ortalama həmin ərazilərdən sökülərək yeni tikili binalarla əvəzlənməsi, mənzillərin asan təhvil verilməsinə qədər təxminən 2-3 il müddətinə də vətəndaşlara kirayə pullarını tikinti şirkətləri ödəyir. Artıq 2040-cı ilə qədər paytaxtda Baş Planda əks edilən formada söküntülər sürətlə davam edəcək”.

Zərintac MayisqızıMissiya.Az

Избранный
37
missiya.az

1Источники