RU

YAP Sədərək rayon təşkilatı partiyanın yaranmasının 32-ci ildönümünü qeyd edib

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədərək rayon təşkilatının Sədərək rayon Mədəniyyət Sarayında partiyanın yaranmasının 32-ci ildönümü qeyd olunub.

İştirakçılar əvvəlcə Heydərabad qəsəbəsində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılmış büstü önünə gül düzərək əziz xatirəsini yad edib.

Tədbir sonra Sədərək rayon Mədəniyyət Sarayında davam etmişdir. Əvvəlcə Ümummlli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının sədri Arif Qasımov partiyanın keçdiyi şərəfli yoldan danışaraq bildirib ki, bu gün biz Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünü qeyd edirik. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik etmişdir. O, partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni  Azərbaycan  Partiyasının  yaranmasından  32 il  ötür,  ötən  dövür  ərzində  Yeni  Azərbaycan  Partiyası  özünün  proqramına,  prinsipinə,  amalına  sadiq  olduğunu  bir  daha  sübut  edərək, Azərbaycanı  demokratik  ölkəyə  çevirmiş  və  müstəqilliyimizin  möhkəmlənməsində  inkişafında  əzmlə mübarizə  aparmışdır. 

Yeni Azərbaycan Partiyası  ağır  şəraitdə,  böyük  təzyiqlər  altında  Naxçıvanda  1992-ci  ilin  noyabrın  21-də  ümummlli  liderimiz  Heydər  Əliyevin  sədrliyi  ilə  Azərbaycanın  bütün  regionlarında  seçilmiş  550  nəfər  nümayəndənin  təmsil  olunduğu  Yeni Azərbaycan  Partiyası  təsis  konfransı  keçirilərək,  Yeni  Azərbaycan  Partiyasının  yarandığı  elan  edildi.  Ümummlli  liderimiz  Heydər  Əliyev  yekdilliklə  partiyanın  sədri  seçildi.

Beləliklə,  müstəqil  Azərbaycanın  tarixində  öz  üzərinə  böyük  məsuliyyət  götürərək  və  xalqımızın  həyatında  mühüm  hadisəyə  çevrilən  Yeni  Azərbaycan  Partiyası  meydana  gəldi və  Yeni  Azərbaycan  Partiyası  xalqın  xilasında  tarixi  misiyanı  öz  üzərinə  götürdü.  Bununlada  özbaşınalıqdan  rahatlıq tapmayan  xalqımız  nəhayət  ki,  azad  nəfəs  ala  bildi. Partiya sədri qeyd etmişdir ki, Ümummlli  liderimiz  Heydər  Əliyev  partiyanın  II  qurultayında  onun  yaranma  səbəbini  və  tarixi  missiyasını  təhlik  edərək  demişdir: “Yeni  Azərbaycan  Partiyası  o  vaxtkı  mövcud  vəziyyətdə  bütün  Azərbaycan  xalqının  mənafeyinə  xidmət etmək  üçün  və  xalqın  o  ağır  dövründə  ölkəmizin  qarşısında  duran  məsələləri  həll etməsi üçün  zamanın  tələblərinə  uyğun  olaraq  yaranmış  bir  partiyadır”. 

“Yeni Azərbaycan Partiyasına hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş  bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır”.

1993-cü  ildə  Yeni  Azərbaycan  Partiyasının  ümummlli  lideri  Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  sonra  ölkədə  qısa  müddət  ərazində  siyasi  sabitlik,  sosial-iqtisadi  inkişaf  bərqərar  olundu.  Ötən 32 il  ərzində  Azərbaycanın  siyasi  və  iqtisadi  müstəqilliyi  daha   da  möhkəmlənib,  ölkəmizin  beynəlxalq  aləmdə  mövqeyi  güclənib,  Azərbaycan  Respublikasının  Prezidenti,  Yeni  Azərbaycan  Partiyasının  sədri  cənab  İlham  Əliyevin  həyata  keçirdiyi  siyasət  ölkəmizə  böyük  nüfuz  qazandırıb,  Azərbaycanın  regionun  lider  dövlətinə  çevirib.  Ölkəmizin  iqtisadi  cəhətdən  qüdrətlənməsi  əhalinin  sosial  şəraitinin  yaxşılaşmasına  səbəb  olub.  

Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. 32 il ərzində  dinamik  inkişaf  edən  Azərbaycanın  qazandığı  nailiyyətlərdə  bütövlükdə  Azərbaycan  Respublikasının  Prezidenti  Yeni  Azərbaycan  Partiyası sədri  cənab  İlham  Əliyevin  və onun  hər  bir  üzvünün  özünə məxsus  tövhələri  vardır.    

Bu  gün  Prezident  İlham  Əliyevin  həyata  keçirdiyi  uğurlu  iqtisadi  strategiya  nəticəsində  Azərbaycan  qısa  müddətdə  yüksək  naliyyətlərəimza imza  atdı.  Iqtisadi  inkişaf  hərbi  güc  ən  əsasıda  ermənistan  Azərbaycan  münaqişəsinin  həllində  ölkəmizin  üstün  mövqe  əldə  etməsi. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi.

Partiya sədri qeyd edib ki,  2020-ci  il  44  günlük  vətən  müharibəsində  qazanılan  tarixi  zəfər  mahiyət  etibarı ilə  ümummlli  lider  Heydər  Əliyevin  müəyyən  etdiyi  və  Prezident  İlham  Əliyevin  təkminləşdirərək  müasirləşdirdiyi  milli  dövlətçilik  strategiyasının  nəticəsidir. 

Bu  gün  Azərbaycanın  ərazi  bütövlüyü  Qarabağda,  Şuşada  qürurla  dalğalanan  bayrağımız,  milli  dövlətimiz,  müstəqilliyimiz  və suverenliyimiz  dünya  xalqları  arasında  öz  layiqli  yerimizi  tutmaq  naminə Yeni  Azərbaycan  Partiyası sədrinin  apardığı  32  illik  mübarizənin  nəticəsidir. 

Bundan sonra da Yeni  Azərbaycan  Partiyasının   amalı    ümummlli  liderimiz  Heydər  Əliyevin  idealarını   yaşatmaq  və  həyata  keçirməkdir.  Partiyamızın  bu  yolu  Azərbaycan  Respublikasının  müstəqil  dövlətçiliyə  gətirib  çıxaran  və  xalqımızı  xoşbəxt  firavan  həyata  aparan  yoldur.  Bu  yol  Yeni  Azərbaycan  Partiyasının  hər  bir  üzvü  üçün  müqəddəs  və  əbədi  yoldur.

Tədbirdə Sədərək rayon İcra Hakimiyyəti Başçısının müavini İctimai-siyasi və hümanitar məsələlər üzrə şöbə müdiri Pərviz Ağayev qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalimət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyulunda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə etdi. Ulu Öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxartdı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə - iqtidar partiyasına çevrildi.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Mahir İsmayılov, partiya üzvləri Şövkət sadiqova və Bulud Bağırlı çıxış ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

Избранный
48
yeniazerbaycan.com

1Источники