RU

Analitik: Tramp Rusiya ilə Çinin yaxınlaşmasına mümkün qədər müdaxilə edəcək...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtonun iqtisadi üstünlüyünü saxlamaq üçün mümkün qədər Rusiya ilə Çin arasında yaxınlaşmanın qarşısını almağa çalışacaq...

Poliqon xəbər verir ki, bunu “RİA Novosti” Agentliyi ilə söhbətində türkiyəli analitik Mustafa Rəcəb Erçin deyib.

Analitikin sözlərinə görə, Trampın siyasətlərinin əsas oxu Amerikanın üstünlüyüdür, ona görə də o, iqtisadi mövqeləşdirməyə böyük diqqət yetirəcək. Bu baxımdan, ekspert hesab edir ki, Tramp Rusiyanı mümkün qədər Çindən uzaqlaşdırmaq istəyəcək.

Erçin Ukrayna böhranının həlli üçün danışıqların başlanması ilə yanaşı, sanksiyaların ləğvinin mümkünlüyünü şərh edərək, bunun mərhələli proses olacağını bildirib.

“Düşünürəm ki, sanksiyalar Ukrayna müharibəsinin bitməsi ilə tədricən aradan qaldırılacaq, lakin sərt sövdələşmələr olacaq. Təbii ki, bu ticarətin bəhrəsinin nə olacağınızaman göstərəcək”, deyə Ercin bildirib.

Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Tsinpin bildirib ki, əgər Çin və Amerika Birləşmiş Ştatları bir-birinə düşmən kimi baxsalar, o zaman iki dövlət arasında münasibətlər reqressiya ilə üzləşəcək. Si Tsinpin əlavə edib ki, əgər iki ölkə bir-birinə düşmən kimi yanaşarsa və haqsız rəqabət apararsa, Çin-ABŞ münasibətləri müxtəlif çətinliklərlə üzləşə bilər.

Poliqon.info

Избранный
14
2
poliqon.info

3Источники