RU

Noyabrın 25-də Gürcüstan parlamenti öz işinə başlayacaq

Gürcüstanın yeni parlamenti prezidentin və deputatların Konstitutsiya Məhkəməsindəki iddialarına baxmayaraq öz işinə başlayacaq...

Gürcüstanın yeni çağırış parlamenti prezident Salome Zurabişvilinin və deputatların seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciətlərinə baxmayaraq, noyabrın 25-də işə başlayacaq.

Poliqon “Georgia News” portalına istinadən xəbər verir ki, bunu Gürncüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Biz bir araya gəlib öz hüquqlarımızı və səlahiyyətlərimizi tanıyacağıq”, deyə Papuaşvili bildirib.

Spiker prezidentin və ya deputatların Konstitusiya Məhkəməsindəki iddialarının yeni parlamentin səlahiyyətlərinin tanınması prosesinə mane ola biləcəyi ilə bağlı iddiaları “axmaqlıq” adlandırıb.

Poliqon.info

Избранный
51
32
poliqon.info

10Источники