RU

Covid-19 bu dəfə xəstəliyin dərmanı olacaq

Covid xərçəngə qalib gələcək.

Turkustan.az xəbər verir ki, COVİD virusunun RNT molekullarının xərçəngin reqressiyasına səbəb ola biləcəyi müəyyən edilib. Mütəxəssislər xüsusilə melanoma, ağciyər, döş və kolon xərçəngi müalicələrində müsbət nəticələr gözlədiklərini ifadə etdilər.

ABŞ tədqiqatçıları, şişlərin ölçüsünün kiçilməsinə səbəb olan COVID infeksiyası ilə xərçəng reqresiyası arasında inanılmaz əlaqə tapıblar. Alimlər heyvan və insan toxumalarından istifadə edərək xəstəliyə səbəb olan SARS-CoV-2 virusunun RNT molekullarının immun sistemində xərçəng əleyhinə xüsusiyyətlərə malik xüsusi hüceyrənin inkişafına təkan verdiyini müşahidə ediblər. Onların fikrincə, “induksiya olunan qeyri-klassik monositlər” və ya “I-NCMs” kimi tanınan bu xüsusi hüceyrələr xərçəng hüceyrələrinə qalib gəlir. Tədqiqatçıların fikrincə, bu kəşf xərçəngin müalicəsi üçün yeni yol açır. Bu hüceyrələr mövcud müalicələrə davamlı olan xərçənglərin müalicəsində istifadə oluna bilər.

Tədqiqat hələ başlanğıc mərhələsində olmasına və effektivliyinin yalnız heyvanlar üzərində araşdırılmasına baxmayaraq, bu yanaşmanın digər müalicələrə cavab verməyən irəliləmiş xərçəng xəstələrinə fayda gətirmək üçün istifadə olunacağına ümid verdiyi ifadə edilir. Xüsusi hüceyrələr inkişaf etdirərək, ənənəvi müalicə üsullarından nəticə almamış xərçəng xəstələri üçün potensial olaraq yeni bir yol yarada bilər.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
11
turkustan.az

10Источники