RU

"Rusiya nüvə silahından istifadə edərsə..." - Politoloq

"Qərb tərəfindən əhatəyə alınmış vəziyyətdə olan dövlətin nüvə müharibəsi təhdidi ciddi qəbul oluna bilməz və olunmur da".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın yeni nüvə doktrinası ilə Qərbi və bütün dünyanı təhdid etməsini şərh edərkən deyib. 

Onun fikrincə, bu, sadəcə olaraq, Qərb və  Rusiya qarşıdurması kontekstində informasiya müharibəsinin tərkib hissəsidir:

"Burada da məqsəd qarşı tərəfə basqı, təzyiq etməklə onu qorxutmaq, hədələmək xarakteri daşıyır. Çünki Qərb sistemi monolit, bütöv bir sistem deyil. Müxtəlif dövlətlərdən ibarət birlikdir ki, onların da Ukrayna müharibəsi və Rusiyaya münasibətdə fikirləri haçalanır. Ona görə də Rusiyanın zaman-zaman bu yöndə açıqlamalar verməsi, belə qərarlar qəbul etməsi Qərbdəki parçalanmanı daha da genişləndirmək məqsədi daşıyır".
 


Həmsöhbətimiz qeyd edir ki, nüvə silahına malik olmaq, ondan istifadə etmək birtərəfli məsələ deyil:

"Rusiyadan başqa, Qərb dünyası da nüvə silahına malikdir. Avroatlantik məkanın sərhələri Rusiya ərazisinin əksər hissəsini müasirəyə alıb. Moskvanın Ukraynaya təcavüzü ilə Rusiyanın şimal sərhədində yerləşən İsveç və Finlandiya da NATO-nun üzvü oldu. Bu da o deməkdir ki, Rusiyanın şimaldan, Skandinaviya dövlətləri sərhədindən tutmuş Avropanın cənub-şərqinə doğru bütün sərhədləri Qərb tərəfindən əhatəyə alınıb. Belə bir vəziyyətdə olan dövlətin nüvə müharibəsi təhdidi ciddi qəbul oluna bilməz və olunmur da. ABŞ-ın bəyanatı da buna söykənir ki, burada ciddi qəbul ediləcək məsələ yoxdur. Rusiya nüvə silahından istifadə edərsə, Moskva, Peterburq və digər iri mərkəzi şəhərlər anındaca, bir neçə saata məhv edilər".

Qeyd edək ki, "Amerikanın Səsi" portalı Ağ Ev rəsmisinə istinadən ABŞ administrasiyasının Rusiyanın yeni nüvə doktrinasını qəbul etməsilə onun təhdid dolu bəyanatlarını ciddi qəbul etmədiyini bildirib. "Rusiyanın nüvə (silahları) üzrə mövqeyində hər hansı dəyişikliyi müşahidə etməsə də, Rusiyanın bugünkü bəyanatlarına cavab olaraq Amerikanın mövqeyini və doktrinasını (bu məsələ ilə bağlı) tənzimləmək üçün heç bir səbəb görmür. Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi barədə açıqlaması bizi təəccübləndirmədi... Bu, daha çox Rusiyanın son iki ildə gördüyümüz məsuliyyətsiz ritorikasına bənzəyir. Bir neçə həftə əvvəl Rusiyaya bildirdiyimiz kimi, Rusiyanın Ukraynaya qarşı döyüşdə Şimali Koreya əsgərlərindən istifadə etməsi onun Ukraynaya qarşı müharibəsinin əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir və biz ABŞ-ın cavab verəcəyi barədə xəbərdarlıq etmişdik", deyə Ağ Evin sözçüsü bildirib. 

Rüfət Sultan

Избранный
11
50
qaynarinfo.az

10Источники