RU

Səyyar görüşlər vətəndaşların problemlərinin effektiv həllinə imkan verir

Qusar rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla səyyar görüşlər keçirməsi artıq ənənə halını alıb. Bu qəbildən olan növbəti səyyar görüş rayonun Zuxul və Yuxarı Qələnxur kəndlərində keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşlərdə kənd sakinləri aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırdılar.

Yuxarı Qələnxur kənd tam orta məktəbinin binasında keçirilən görüşdə vətəndaşlar fərdi evə qaz xəttinin çəkilişi, həyətyanı torpaq sahəsinin ayrılması, su kanalının lildən təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini etdilər.

Zuxul kəndində vətəndaşlar ilə baş tutan görüşdə kənd sakinləri məhəllədaxili yolların təmiri, yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması, kənd ərazisində yerləşən avtobus dayanacağının təmiri ilə bağlı məsələləri qaldırıblar. Görüşdə həmçinin kənddə içməli su qıtlığı probleminin mövcudluğu, kənd tibb məntəqəsində fəaliyyət göstərən personalın olmadığı, yaşayış evinin tikintisi üçün çaydan çınqıl, qumun götürülməsinə icazə verilmədiyi diqqətə çatdırılıb, klub binasının tikilməsi təklifi irəli sürülüb.

Görüşlər zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Избранный
16
sabahinfo.az

1Источники