RU

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Keniyanın “SMACHS” təşkilatı arasında Memorandum imzalanıb.

Hafta.az xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) imzalayıblar.

Əməkdaşlıq Memorandumu iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi üçün imkanların yaradılması və birgə səylərin artırılmasını hədəfləyir.

Memorandum imzalandıqdan sonra “SMACHS” təşkilatının təqdimatı keçirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto Keniya Prezidentinin qızıdır.

Избранный
16
4
hafta.az

6Источники