RU

Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər » AzadMedia.az


“2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyil və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək.

Bildirmək istəyirəm ki, 2023-cü ilin avqust ayından etibarən ilin sonunadək müvafiq qanunvericiliyin tələbi olaraq Fondun formalaşmış sərbəst vəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 425,0 mln. manat investisiya fəaliyyətinə yönəldilib, cari ilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavə olaraq yönəldilməsi gözlənilir. 

Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.18 mln. manat gəlir əldə edilib və 2024-cü ilin sonuna qədər isə əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir”, - deyə komitə sədri bildirib.
Избранный
26
13
azadmedia.az

10Источники