RU

ABŞ su məsələri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir - Lora Deniel-Devis

Bakı. Trend:

ABŞ su məsələri üzrə Bakı Dialoqunda iştirakını səbirsizlikləgözləyir.

Trend xəbər verir ki, bubarədə bunu ABŞ Daxili İşlər Nazirliyinin katib müavini vəzifəsiniicra edən Lora Deniel-Devis COP29 çərçivəsində keçirilən "SuGününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedicihalqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

Onun sözlərinə görə, su məsələri üzrə Bakı Dialoqu ölkələrə suproblemlərinin həlli üçün qərarların koordinasiyasını davametdirməkdə kömək edən əhəmiyyətli bir irəliləyişdir. Bununlayanaşı, bu dialoq texniki həllərin axtarışı üçün platforma təminetməklə yanaşı, su məsələlərində yüksək səviyyədə aktivliyinqorunması üçün imkanlar yaratmalıdır.

"2026-cı ildə BƏƏ və Seneqalın birgə keçirəcəyi BMT-nin SuKonfransı ərəfəsində su məsələri üzrə Bakı Dialoqu dünyaya bukonfransa daha yaxşı hazırlaşmağa və su problemlərinə effektivcavab verməyə kömək edən mühüm bir addım ola bilər. ABŞ bu dialoqdaiştirakını səbirsizliklə gözləyir və yaxın aylarda və illərdə BMTçərçivəsində və ondan kənarda hökumətlərlə, tərəfdaşlarla, maraqlıtərəflərlə və icmalarla əməkdaşlığı davam etdirərək qlobal suböhranını həll etmək üçün işini davam etdirəcək", – deyə o qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
22
az.trend.az

1Источники