RU

Əfqan Sadıqov Tbilisi İstintaq Təcridxanasında aclığı davam etdirir

“Azel” TV saytının təsisçisi Əfqan Sadıqov Gürcüstan həbsxanasında 62 gün davam edən aclıq nəticəsində ağır vəziyyətdədir. Bu barədə cümə axşamı onun xanımı Sevinc Sadıqova bildirib.

Həbsdən bəri ilk dəfə olaraq noyabrın 20-də Qldanidəki penitensiar kompleksin tibb mərkəzində Sadıqova ailə üzvlərilə görüşə icazə verilib. Onu görüşə əlil arabasında aparıblar.

“Həbsindən aylar sonra ilk dəfə həyat yoldaşımla açıq görüş verdilər. Uşaqlar onu ağır vəziyyətdə görəndə çox narahat oldular, qucaqladılar, ağladılar”, -Sadıqova deyib.

Onun sözlərinə görə, Əfqanın çəkisi 93 kiloqramdan 61 kiloqrama enib və çox ağır vəziyyətdədir.

"Hər yeri ağrıyır və gecə yata bilmir. Son dəfə görüşürük kimi vidalaşdıq. Həkimlər dedilər ki, Əfqanın qanında şəkərin səviyyəsi təhlükəli həddədir və hər an komaya düşə bilər", - Sadıqova deyib.

* Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu  Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Sadıqov həbs edilib. Bakıda onu hədə yoluyla tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər. Həbs olunmasına və ona sığınacaq verilməsindən imtina edilməsinə etiraz edərək sentyabrın 21-dən aclıq edir. Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və həbsxana xəstəxanasına köçürülüb. Gürcüstan hakimiyyəti Əfqan Sadıqova  siyasi sığınacaq verməkdən imtina edib.

Избранный
14
turan.az

1Источники