RU

ABŞ Ukraynaya silah yardımına davam edəcək?

Co Bayden administrasiyası 2025-ci ildə hərbi əməliyyatların davam etdirilməsini təmin edərək, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl qalan yardımı Ukraynaya köçürməyə tələsir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, brifinq zamanı "Pentaqon tələm-tələsik ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl Amerika hərbi yardımının qalan həcmini Kiyev rejiminə köçürməyə çalışır, halbuki onun həcmi hər gün inanılmaz dərəcədə artır" .

Onun sözlərinə görə, Vaşinqton yalnız bu il deyil, gələn il də hərbi əməliyyatların davam etdirilməsini təmin edəcək.

Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və "atəşlə oynayır". Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.

Nərmin 
Milli.Az

Избранный
32
50
milli.az

10Источники