RU

Yaşıl Dünya uşaqların gözü ilə

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasgının Bakıda keçirilən 29-cu sessiyasına (COP29)  Azərbaycanın  sədrlik etməsi birmənalı olaraq ölkəmizin diplomatik uğurudur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən, COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu təsdiq edən çox ciddi amildir

Hazırda dünya ölkələri üçün ən aktual məsələlərdən biri "yaşıl enerji"yə keçiddir və bu, davamlı inkişafın artıq əsas şərtlərindən birinə çevrilməkdədir. Ən əsası da, iqlim böhranının aradan qaldırılmasında məhz "yaşıl enerji"dən istifadə həlledici əhəmiyyət kəsb edir, istixana qazı emissiyalarını böyük ölçüdə azaltmağa imkan verir. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi "yaşıl enerji"yə uğurlu keçidə imkan yaradır.
Ölkəmizin enerji resursları ilə zəngin olması və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpa edilən enerji mənbələrindən istifadə də  hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl prinsiplərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir.
Bildiyimiz kimi, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ana təbiətin mühafizəsi ilə əlaqədar hər yerdə olduğu kimi, təhsil müəssisələrində də müvafiq işlər aparılır. Məktəblilərin ekoloji biliyini artırmaq, bu sahə­də onların mədəniyyət səviyyəsini yüksəltmək məqsədilə il ərzində məktəbimizdə “Yaşıl dünya naminə–2024” devizi ilə toplantılar, silsilə görüşlər keçirilib. Tədbirlərdə çıxış edənlər bəşəriyyəti narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri və bu problemlərin həll edilməsində təbiətə qayğının vacibliyi haqqında danışıblar. Maarifləndirmə tədbirlərində uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin  iştirakı ilə dəyirmi masa keçirildi...

Məktəbimizin biologiya  müəllimi Vüsalə Quliyevanın təşkilatçılığı ilə 11 A sinif şagirdləri COP29 ilə bağlı maarifləndirici görüşlər silsiləsindən "Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə" mövzusunda keçirilən dəyirmi masada uğurla iştirak ediblər. Məktəbdə şagirdlərin əl işləri – rəsmlər, maketlər sərgilənib, təbiətə həsr edilən mahnılar səsləndirilib.

Elnurə İsgəndərova,
Abşeron Xızı Regional təhsil idarə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, "Qızıl Qələm",  "Xan qızı Natəvan", “Zəfər”, "İlin Müəllimi" media mükafatı laureatı.

Избранный
35
adalet.az

1Источники