RU

Danışmağa üzü olan - Onun da öz bəhanəsi var

"Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs, təcrübə oldu".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev komandanın Avropa çempionatının seçmə mərhələsində çıxışını dəyərləndirərkən deyib.

Mütəxəssis çətin qrupa düşdüklərini vurğulayıb:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə fərdi yanaşırdıq.

Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar.

Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq.

Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq.

Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq.

Rumıniya ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik.

Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq".

U-17 millimiz Rumıniyada təşkil olunan yarışda meydan sahibləri ilə heç-heçə edib - 1:1. Daha əvvəl isə Macarıstana 0:3, Yunanıstana isə 0:4 hesabı ilə uduzub. Komanda yer aldığı IV qrupda 1 xalla sonuncu olub.

Избранный
14
sportinfo.az

1Источники