RU

“Putin Rusiyanı mühüm beynəlxalq oyunçuya çevirmək üçün hər şeyi etdi”- MERKEL

“Putin Rusiyanı mühüm beynəlxalq oyunçuya çevirmək üçün hər şeyi etdi”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Die Zeit”in dərc etdiyi xatirələrində deyib.

“Putin 2000-ci ildə prezident olduqdan sonra Rusiyanı yenidən beynəlxalq arenada heç kimin keçə bilməyəcəyi bir oyunçuya çevrilməsi üçün hər şeyi etdi”,- Merkel bildirib.

Onun sözlərinə görə, Rusiya geosiyasi cəhətdən əvəzolunmaz olub və qalır, çünki o, ABŞ, Fransa, Böyük Britaniya və Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvündən biridir.

Azpost.info

Избранный
39
azpost.info

1Источники