RU

İsveç-Azərbaycan matçında hakim səhvi... - UEFA təsdiqlədi

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan yığmaları arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.

Turkustan.az xəbər verir ki, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.

UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.

Qeyd edək ki, oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı./axar.az

Избранный
23
10
turkustan.az

10Источники