RU

Türkiyə yeni münaqişənin yaranmasındanNARAHATDIR

"Ümid edirik ki, Ukraynanın Amerika ATACMS raketlərindən istifadə etməsi Ukrayna münaqişəsinin yeni qarşıdurma növlərinə çevrilməsinə səbəb olmayacaq".

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukraynanın ABŞ istehsalı olan ATACMS raketlərindən istifadə etməsi, Rusiyaya cavab bəyanatları və yeni nüvə doktrinasını təsdiqləməsi müharibənin istiqaməti baxımından narahatlıq doğurur. Ümid edirik ki, bu yaxın gələcəkdə fəsadlara səbəb olmaz”, - deyə qeyd edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, ABŞ-nin Ukrayna ərazisindən ATACMS raketlərindən istifadəyə icazəsi regionu və bütün dünyanı yeni genişmiqyaslı müharibənin astanasına qoya bilər.

Türkan İSGƏNDƏRLİ 

Избранный
21
redaktor.az

1Источники