İrlandiyanın paytaxtı Dublin şəhər mərkəzində məktəb qarşısında baş verən bıçaqlanma hadisəsində 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Gununsesi.info xəbər verir ki, hadisədən sonra küçələrə çıxan nümayişçilər bir çox avtomobili yandıraraq döyüş bölgəsinə çevrilib.“Sky News”un məlumatına görə, Dublinin Şərqi Parnell meydanında məktəb qarşısında baş verən bıçaqlanma hadisəsində yaralanan 5 nəfərdən 3-ü azyaşlı uşaqdır.İrlandiya polisi də açıqlamasında bildirib ki, çoxlu azyaşlı uşağın iştirak etdiyi “ciddi insident” məktəbdən kənarda baş verib.Polis üç azyaşlı uşaq, biri kişi və bir qadın olmaqla beş nəfərin Dublin bölgəsindəki xəstəxanalara aparıldığını bildirib.İrlandiya polisi qeyd edib ki, uşaqlardan birinə və qadına hadisə yerində ciddi, digər iki uşaq və kişiyə isə yüngül xəsarətlərdən tibbi yardım göstərilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.İrlandiyanın ictimai yayımı RTE də xəsarətlərin şübhəli bıçaqlanma nəticəsində olduğunu bildirib.Dublində 5 nəfərin bıçaqlanmasından sonra İrlandiya polisi ilə bhadisənin baş verdiyi əraziyə toplaşan etirazçılar arasında gərginlik yaranıb.Bıçaqlama hadisəsinə görə mühacir oğlanın məsuliyyət daşıdığını deyən qrup polis maşını və tramvayını yandırıb, bəzi polislərə hücum edib. Etirazçılar çoxlu maşına da ziyan vurublar.İrlandiya polisi bıçaqlı hücumla bağlı bir nəfərin saxlanıldığını və bu şəxsin ağır yaralandığı üçün müalicə olunduğunu açıqlayıb.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта