İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.
Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.
Məlumata görə, itkilər Livanın 2023-cü ildə 18 milyard dollar təşkil edən ÜDM-dən artıqdır.
O qeyd edir ki, birbaşa və dolayı xərclərə turizm və kənd təsərrüfatının demək olar ki, tamamilə dayandırılması, binaların zədələnməsi və işsizliyin artması daxildir.
Firuzə Əliyeva