
Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.
Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, nazir noyabrın 22-də İstanbul şəhərində keçiriləcək 1-ci “İstanbul Enerji Forumu”nda təmsil olunacaq.
Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.