RU

Yasamal rayon ictimaiyyəti YAP-ın yaranma ildönümünü qeyd etdi - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci illiyi münasibətilə YAP Yasamal rayon təşkilatında təntənəli tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin giriş sözündən sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olundu.

Daha sonra çıxış edən Milli Məclisin komitə sədri Şahin İsmayılov, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov,Sudeyif İmamverdiyev YAP-ın keçdiyi tarixi yol barədə və Heydər Əliyevlə bağlı xatirələri ilə bölüşdülər.

Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki,YAP Azərbaycan dövləti üçün çox mürəkkəb bir dövrdə meydana gəldi və tarixi zərurətdən yarandı. 90-cı illərin əvvəlindəki xaos və hərc-mərclik bir qrup ziyalını Heydər Əliyevə müraciət etməyə vadar etdi.Ulu Öndər ziyalıların və Azərbaycan xalqının səsinə səs verdi və xilaskarlıq missiyasını öz üzərinə götürdü.1992-ci ildə YAP quruldu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Daha sonra isə YAP-ın bir çox rayon şöbələri, o cümlədən Yasamal rayon təşkilatı yaradıldı.  Heydər Əliyev və YAP iqtidara gələndən sonra Azərbaycanda sabitlik və inkişaf dövrü başladı.Siyasi stabillik, iqtisadi inkişaf, beynəlxalq uğurlar bir-birinin ardınca gəlməyə başladı.Qeyd olundu ki, Azərbaycanın qazandığı böyük uğurların təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edildi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndidə və digər azad edilmiş torpaqlarımızda dalğalanır və Qarabağda geniş miqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, milli-mədəni və tarixi abidələrimiz bərpa edilir. Bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi və zəhməti var.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

Избранный
43
2
unikal.az

3Источники