RU

Əlilliyin təyin olunması proseduru məlumdur...-Nazir

“Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır".

Xəzərnews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib: "Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq".

Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: "Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər".




Xəbər 14 dəfə oxunub.
Избранный
6
1
xezernews.az

9Источники