RU

İndoneziyalı direktor: Bakı COP29-u əsrarəngiz təşkil edib

"Tropik meşə ölkələri koalisiyası danışıqlar qrupudur, ona görə də biz açıq şəkildə meşələrin qırılmasını yavaşlatmaq və dayandırmaq siyasəti üzərində çalışırıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tropik meşə ölkələri üzrə koalisiyanın əməliyyatlar üzrə indoneziyalı direktoru Komal Qosvami deyib.

O, əsas diqqəti meşələrin qorunmasına yönəltmək istədiklərini bildirib: “Ümid edirəm ki, bu baxımdan COP29-da xeyli irəliləyiş əldə edəcəyik".

Direktor mavi zonadakı pavilyonların gözəl qurulduğunu diqqətə çatdırıb: "Burada dünya ölkələrinin nümayəndələrini görmək çox xoşdur. Son dörd COP-da iştirakımı nəzərə alsaq, deyə bilərəm ki, Bakı bu tədbiri əsrarəngiz təşkil edib".

Избранный
8
1
xalqqazeti.az

2Источники