RU

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və nüfuzlu təhsil müəssisələrindən biri olan Harbour.Space Universitetinin və Azərbaycan Süni İntellekt Laboratoriyasının (AI Lab) nəzdində fəaliyyət göstərən AI Academy – Süni İntellekt tədris mərkəzinin birgə əməkdaşlığı ilə Azərbaycanda İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmiş proqrama start verilir.

Agentlikdən bildirilib ki, bu məqsədlə yaradılan “DigiRise” adlı yeni, ödənişsiz proqram süni intellekt və proqram mühəndisliyi üzrə ixtisaslaşmış kiçik və orta səviyyəli mütəxəssislərin hazırlığını və ixtisasartırmasını hədəfləyir.

İRİA-nın “DigiRise” proqramını həyata keçirməkdə məqsədi iştirakçılara beynəlxalq səviyyəli təlimlər təklif etməklə yanaşı, ölkədə rəqəmsal sahədə yüksək ixtisaslı kadr potensialının inkişafına mühüm töhfə verməkdir. Təlimlər iştirakçılara qlobal rəqabətdə üstünlük qazandıracaq dəyərli biliklər təqdim edir və Azərbaycanın texnologiya sektorunda güclü kadr bazasının formalaşmasına şərait yaradır. Həmçinin proqramın tərəfdaşlarından biri olan “AI Academy” uzunmüddətli perspektivdə süni intellekt imkanlarından yararlanmaq və tətbiq olunması ilə bağlı dəstək göstərəcək.

Qeyd edək ki, Harbour.Space Universiteti müasir texnologiyalar, dizayn və sahibkarlıq sahələrində ixtisaslaşan yenilikçi bir təhsil müəssisəsidir. Universitet tələbələri real layihələr və praktiki təcrübələr əsasında tədris edərək qlobal iş bazarına hazırlayır.

Proqram çərçivəsində dövlət və özəl sektorda çalışan şəxsləri əhatə edən 50 iştirakçı təlimə cəlb olunacaq. Namizədlər ilkin texniki bacarıqları, karyera yüksəlişi imkanları və motivasiyalarına əsasən xüsusi meyarlarla təşkil olunan onlayn test və müsahibə mərhələləri vasitəsilə seçiləcəklər.

“DigiRise” proqramı, real iş ehtiyaclarına uyğunlaşdırılmış unikal “İş və təhsil” modelini təqdim edir. Tələbələr seçilmiş “Capstone” layihələri üzərində işləyərək rəqəmsal transformasiya bacarıqlarını real dünya şəraitində inkişaf etdirəcəklər. Təlim prosesində tələbələrə mentor dəstəyi təmin ediləcək.

Qeyd edək ki, təlimlər Harbour.Space Universitetinin təlimçiləri tərəfindən ingilis dilində keçiriləcək.

Tədris müddəti: 12 aya qədər (2024-cü ilin dekabr ayında başlanılacaq)

Tədris formatı: oflayn, onlayn və hibrid

Gündəlik dərs yükü: 3 saat (iş qrafikinə uyğun dərs cədvəli)

Proqrama əsas riyazi, alqoritmik və İT biliklərinə sahib, proqram təminatı sahəsində 1-3 illik təcrübəsi olan şəxslər müraciət edə bilərlər.

Избранный
9
3
azpost.info

4Источники