İngiltərənin "Mançester Yunayted" klubu "Lill"in yarımmüdafiəçisi Anxel Qomezi heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın “The Sun Football”a istinadən məlumatına görə, 24 yaşlı futbolçu “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorimin əsas transfer hədəfidir.
Bildirilir ki, müdafiəçinin oyunu portuqaliyalı mütəxəssisi çoxdan cəlb edib. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Bu mövsüm Qomez bütün turnirlər də daxil olmaqla 15 matçda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun "Lill"lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Transfermarkt portalının ekspertləri Qomezin dəyərini 28 milyon avro qiymətləndirirlər.