RU

Keçən il kiloqramı altı manata olan şabalıdın bahalaşmasının səbəbi nədir?

Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə Oğuz-Şəki-Qax və Zaqatala rayonlarında üstünlük təşkil edən şabalıd bağlarında məhsuldarlıq bu il xeyli azalıb.

Mütəxəssislərin sözlərinə görə, son illər şabalıd ağaclarında yeni zərərvericilər aşkarlanıb ki, bu da məhsuldarlığın 30-40 faizə qədər azalmasına səbəb olub.

Satıcılar bildirirlər ki, qiymətlərin kəskin artması alıcılıq qabiliyyətinin düşməsinə səbəb olub.

"Keçən il şabalıdın kiloqramını altı manatdan satırdıq. Bu il isə qiymət 9 manata qalxıb. Ötən il günə 20 kq məhsul satırdıqsa, bu il iki kilo sata bilirik. Alıcılıq sıfıra enib", - satıcı Baku TV-yə açıqlamasında söyləyib.

Daha ətraflı videomaterialda:

Избранный
18
1
valyuta.az

2Источники