RU

Böyük pərakəndə satış şəbəkələrinə göstəriş verildi: Ballar saxta çıxdı

Rusiya mağazalarında satılan balın təxminən 80%-i təbii məhsul deyil, saxtadır.

Publika.az xəbər verir ki, "Roskaçestvo" (Rusiya keyfiyyət sxemi) mütəxəssisləri bu qənaətə auditin nəticələrinə əsasən gəliblər.

Bildirilir ki, mütəxəssislər Rusiyada 21 müxtəlif bal markasını yoxlayıblar. "Roskaçestvo"nun məlumatına görə, onlardan yalnız dördü standarta heç bir pozuntu olmadan cavab verib. Digərləri isə məhsulu şəkər siropu ilə qarışdırıb, yetişməmiş balı toplayıb və çox bişiriblər. Bəzi istehsalçılar isə hidroksimetilfurfural, 5-hidroksimetilfurfural kimi kanserogen maddələr əlavə edib.

Xatırladaq ki, əvvəllər Rusiyanın Sənaye və Ticarət Nazirliyi mağaza rəflərində balın kütləvi şəkildə saxtalaşdırılmasından narahat idi. Saxta məhsulların çoxluğu ilə əlaqədar idarə böyük pərakəndə satış şəbəkələrini məhsullarına nəzarəti gücləndirməyə çağırıb.

Избранный
20
publika.az

1Источники