RU

COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

Image

Ceyhun Aşurov: “COP29 tədbiri Azərbaycanın turizm ölkəsi kimi tanınması baxımından da əhəmiyyətlidir

COP29 çərçivəsində “Turizm Günü”ndə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb

Qeyd edək ki, görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də qoşulması üçün elan olunub.

Onu da bildirək ki, COP tarixində ilk hadisədir ki, turizm məsələsi müzakirə olunur. 

“50dən çox ölkənin qoşulduğu turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti ilə bağlı COP29 bəyannaməsi qəbul olundu, bu olduqca əlamətdar bir bəyannamədir”

COP29-da turizmin müzakirəsinin əhəmiyyəti haqqında fikir bildirən turizm eksperti Ceyhun Aşurov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 çərçivəsində  turizm günü qeyd edilib: “Məlumdur ki, 20 noyabr turizm günü sayılır. COP29-da turizmlə bağlı görüşlər keçirilib, müzakirələr aparılıb. 50-dən çox ölkənin qoşulduğu turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti ilə bağlı COP29 bəyannaməsi qəbul olundu. Digər dövlətlərin də həmin bəyannaməyə qoşulması elan olundu. Bu olduqca əlamətdar bir bəyannamədir. Çünki COP tarixində ilk dəfədir ki, turizm məsələsi müzakirə olunur. Bəllidir ki, turizm sektoru iqtisadiyyatın ayrıca bir qolu olaraq, iqlim dəyişikliyi və ətraf mühitlə bağlı proseslərdə də yaxından iştirak edir. Son zamanlar turizm sahəsinin ətraf mühitə, təbiətə yaxın aktivliyi hiss olunur. Pandemiyadan sonra bu trend daha da artıb. Eyni zamanda, otellərin ətraf mühitə ziyan vurmama cəhdini görürük. Eko otellərin sayı artır, turizm sənayesi ətraf mühitə daha həssas yanaşmağa çağırır. Təbii resurslardan daha səmərəli, daha qənaətli istifadə ilə bağlı çağırışlar edilir. Tullantılan azaldılması istiqamətində də ciddi işlər görülür. Hesab edirəm ki, COP29-dan sonra da ölkə olaraq bu sahəyə daha çox diqqət ediləcək. Azərbaycanda keçirilən COP29 tədbiri olduqca yaddaqalan və əlamətdar bir tədbir oldu. Bakı bu tədbirin öhdəsindən uğurlu gəldi. Bu, Azərbaycanın turizm ölkəsi kimi tanınması baxımından da əhəmiyyətlidir”.

Günel CƏLİLOVA





Избранный
32
50
baki-xeber.com

10Источники