RU

Azərbaycanhər iki ölkə ilə münasibətləri yüksək səviyyədə qoruyub saxlamaqda qərarlıdır- ÖZƏL

"İsraillə Türkiyənin münasibətlərinin gərgin olması Azərbaycana da mənfi təsir edir. Belə ki, Türkiyə bizim ən yaxın müttəfiqimiz, dostumuz, strateji tərəfdaşımız və qardaş ölkədir. Eyni zamanda İsrail də Azərbaycana çox yaxın və münasibətləri yüksək səviyyədə olan strateji tərəfdaşlardan biridir. Nəzərə almaq lazımdır ki, həm Türkiyə, həm İsrail Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində müstəsna rol oynayıb siyasi-mənəvi dəstək veriblər. Eyni zamanda hər iki ölkə ilə Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki və müdafiə sənayesi sahəsində ciddi əməkdaşlıqları var". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bunlar kifayət qədər ciddi məsələlərdir. Təəssüf ki, keçən il HƏMAS-ın İsrailə hücumu ilə başlanan savaş iki ölkənin-Türkiyə və İsrailin münasibətlərini kifayət qədər gərginləşdirdi. Bu gərginlik özünü Azərbaycanda da mənfi yöndə göstərməkdədir. Azərbaycan təbii ki, hər iki ölkə ilə münasibətləri yüksək səviyyədə qoruyub saxlamaqda qərarlıdır və bu siyasətdə də davam edir. Amma könül istərdi ki, zamanında çox yaxın strateji tərəfdaşlar olan Türkiyə ilə İsrailin münasibətləri normallaşsın və əvvəlki səviyyəyə qayıtsın. Bu hər iki ölkənin, o cümlədən Azərbaycanın və xüsusilə də Yaxın, Orta Şərq, o cümlədən Güney Qafqazın faydasına olardı".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники