RU

Azərbaycan turizminə BÖYÜK TƏKAN: COP29-dan sonra...

COP29-un Azərbaycanda keçirilməsi, həqiqətən də çox mühüm bir addım olar və bu, ölkəmiz üçün bir sıra əhəmiyyətli imkanlar və üstünlüklər yarada bilər. Bu cür beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, həm regionda, həm də qlobal səviyyədə çoxsaylı təsirlərə sahib olacaq. Ölkənin turizm sektoruna böyük təsir göstərə bilər. Belə bir beynəlxalq tədbirin keçirilməsi, yalnız iqlim məsələləri ilə bağlı deyil, həm də Azərbaycanın ümumi turizm sənayesinə müxtəlif imkanlar yaradacaq.

Olaylar.az xəbər verir ki, Milli.Az COP29-un Azərbaycan turizminə nə kimi təsirləri olacağını öyrənmək üçün ekspert Fərid Əliyevlə həmsöhbət olub.

Saytımıza açıqlama verən ekspertin sözlərinə görə, COP29 kimi mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi turizmin inkişafına böyük təkan verir. Bu da yerli əhalinin maddi rifahına müsbət təsir göstərir:

"Bütün dünyanın gözü artıq Azərbaycandadır. Dünya liderlərinin ölkəmizə gəlməsi dövlətimizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Düşünürəmki COP29 ekoturizm və dayanıqlı turizm sahələrini canlandıracaq. Eyni zamanda, mədəniyyətimizin daha geniş auditoriyaya tanıdılmasına imkan yaradacaq. COP29 çərçivəsində Azərbaycan mədəniyyəti və təbiətinin tanıdılması üçün xüsusi proqramlar təşkil edilməlidir, bu da turist axınının artımına böyük töhvə verəcək. Ölkəmizdə turizmin inkişafı həm də yerli əhalinin maddi rifahına müsbət təsir edəcəkdir. Bu səbəbdən də mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

COP29-un Azərbaycanda keçirilməsi, ölkənin turizm sənayesinə həm müvəqqəti, həm də uzunmüddətli faydalar gətirəcək. Bu cür böyük beynəlxalq tədbir, Azərbaycanın turizm potensialını daha geniş bir auditoriyaya tanıdacaq, eyni zamanda infrastruktur inkişafına, yeni investisiyaların cəlb edilməsinə və ekoloji turizmin təşviqinə imkan yaradacaq. Düşünürəm ki, turizm sektorunun bu tədbir vasitəsilə daha çox inkişaf etməsi və beynəlxalq səviyyədə tanınması, Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcək".

EC Travelin rəhbəri Elxan Vəliyev isə 70 mindən çox turistin ölkəmizə gəlməsinin artıq Azərbaycan turizminə olan müsbət təsirlərdən xəbər verirdiyini bildirib.

"Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur. Statistikaya görə, bu tədbirdə 70 mindən çox insan iştirak edir. Onların 90%-i xarici vətəndaşlardır. Nəzərə alsaq ki, tədbir boyunca Azərbaycanın mədəniyyəti, tarixi, görməli yerləri qonaqlara nümayiş etdirilir, bu da gələcəkdə ölkəmizə olan marağın artmasına xidmət edəcək. Bu da son deyil. COP29 tədbirini onlarla xarici KİV işıqlandırır. Nəticədə ölkəmiz barədə yüzminlərlə bəlkə də milyonlarla insan məlumat alır, bu da onlarda vətənimizə maraq yaradır.

Onu da əlavə edim ki, dövrümüzdə hər hansı ölkə turizminin tanıdılmasında sosial şəbəkələr böyük rol oynayır. Beləcə, COP29-da iştirak edən 70 mindən çox xarici vətəndaş etdikləri paylaşımlarla əslində hər biri Azərbaycanın təbliğatçısına çevrilir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq deyə bilərəm ki, COP29 tədbirinin Azərbaycan turizminə və onun gələcəyinə əvəzsiz təsirləri olacaqdır", deyə tur rəhbəri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
60
50
olaylar.az

10Источники