RU

Amerikada prezident seçkilərindən sonra İranla münasibətlərdə hələlik müəyyən fasilə yaranır - ÖZƏL

"İran-İsrail münasibətləri əvvəlki gərginlik həddində mövcud olaraq qalır". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Doğrudur, Amerikada prezident seçkilərinin ən aktiv fazaya daxil olduğu dövrdən indiyə kimi xüsusi bir kəskinləşmə hiss olunmur və Yaxın Şərqdə birbaşa gərginliyin əsas ocağı yenə də İsrail-Həmas, İsrail-Hizbullah münasibətlərində olaraq qalır. Hələlik İran özünün proksi qüvvələrinə müəyyən hərbi maliyyə yardımını göstərsə də, amma birbaşa İran-İsrail münasibətlərində isti və müharibə fazası hələlik görünmür. Bu da görsənir ki, onunla bağlıdır ki, Amerikada prezident seçkilərindən və yeni prezidentin gəlişindən sonra Amerikanın İranla münasibətlərində hələlik müəyyən fasilə yaranır. O mənada ki, yeni administrasiyanın İranla münasibətləri necə quracağı hələlik aydın deyil və Tramp administrasiyası Amerikada öz daxili komanda münasibətlərini formalaşdırmaqla məşğul olduğuna görə, İsrail-İran cəbhəsində proseslərə aktiv hələlik müdaxilə edə bilmir. Görsənir ki, İsrail-İran münasibətlərində hələlik fasilənin yaranması birbaşa Amerikanın belə bir mövqeyi ilə izah olunur. Amma İran-İsrail münasibətlərində gərginlik və müharibə ocağı hələ də mövcud olaraq qalır və onun hər an aktiv müharibə fazasına keçmə perspektivləri var. Ancaq Trampın komandasının formalaşmasından sonra İsrail-İran münasibətlərində gərginliyin və müharibə fazasının yeni əlamətləri görsənə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники