RU

Pakistan terror aktı törədilib, 28 nəfər ölüb

Pakistanın Hayber Paxtunxva əyalətində sərnişin mikroavtobuslarına silahlı hücum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

Yaralıların aparıldığı xəstəxananın həkimi hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.

Pakistan Prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Избранный
20
1
operativmm.az

2Источники