RU

"Ukrayna bu silahlarla yalnız müdafiə oluna bilər” - Ekspert


“ABŞ tərəfindən Rusiyanın dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verilməsi təsdiqlənib. ATACMS-la ancaq Kursk vilayətinin vurulmasına icazə verildiyi barədə məlumatlar da var. Trampın Ukrayna ilə bağlı təşəbbüslərini dayandırmaq, onun gələcək fəaliyyətini məhdudlaşdırmaq üçün Bayden adminstrasiyası uzaqmənzilli raketlərdən Ukraynanın istifadəsi ilə bağlı qərar verir. Yəni eskalasiyanı yüksəltmək, nəticədə Trampın sülh təşəbbüslərinin qarşısını almaq məqsədlərdən biridir”.

Bunu Bakupost.az -a politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, Trampın təşəbbüsləri Ukrayna üçün yaxşı heç nə vəd etmir. Amma əsas göstərici Ukraynadakı müharibəyə Qərbin münasibətinin necə olmasıdır:



“Qərb ölkələri faktiki olaraq, manipulyasiya ilə məşğuldurlar. Səmimi olaraq Ukraynaya dəstək vermək istəsəydilər, belə davranmamalı idilər. ATACMS-la ancaq Kursk vilayətinin vurulmasına icazə verilib. Bu müharibədə əsas məqam hava məkanının qorunması və artilleriya silahları ilə bağlıdır. Son iki il yarım ərzində Qərbin Ukraynaya artilleriya baxımından verdiyi silah dəstəyi qaneedici deyil. Ukrayna ona verilən silahlarla ancaq müdafiə oluna bilər. Çünki bu, belə istənilir”.

Sevinc,
BakuPost
Избранный
18
bakupost.az

1Источники