RU

YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır ŞƏRH

21 noyabr 2024-cü il tarixdə YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə “YAP müstəqilliyimizin dönməzliyinin təminatçısıdır” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Samux rayon İcra Hakimiyyətininin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov iştirakçıları salamlayaraq YAP-ın yaranmasının 32-ci ildönümü münasibətilə onları təbrik etdi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində yaranmış mürəkkəb ictimai-siyasi vəziyyəti xatırladan G.Bayramov Azərbaycanda yaranmış xaosun aradan qaldırılmasında, qonşu Ermənistanın işğalçı siyasətinin və vətəndaş müharibəsinin qarşısının alınmasında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının xüsusi rolunu qeyd etdi. O bildirdi ki, YAP-ın dəstəyi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa zamanda ölkəmizin hərbi doktirinasını hazırlayaraq müasir ordu quruculuğuna başlamış və cəbhədə əldə edilən uğurlar Ermənistanı atəşkəs razılaşmasına imza atmağa məcbur etmişdi.

Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Daha sonra tədbirdə çıxış edən Az.MSS ərazi partiya təşkilatının sədri Namiq Cəfərov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova və Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, qısa müddətdə iqtidar partiyası olması və regionun ən möhtəşəm siyasi təşkilatına çevrildiyini qeyd ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb.

Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Избранный
1
2
sesqazeti.az

3Источники