Bərdə-Tərtər yolunda zəncirvari qəza baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun Yeni Daşkənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" və "VAZ-21099" markalı minik maşınları ilə toqquşub. Daha sonra maşınlardan biri yol kənarında dayanan "OKA" markalı avtonobilə çırpılıb.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Əliyev Aşur Murtuza oğlu və 1978-ci təvəllüdlü Mamedov Qorxmaz Məhəmmədəli oğlu xəsarət alıb. Onlar Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb, ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.


