RU

DSX Akademiyasının yeni inşa edilən yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları xidməti istifadəyə verilmişdir

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir.

Noyabr ayının 20-də Dövlət Sərhəd Xidməti Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən Müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış “Dəmir yumruq” abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabit kadrların hazırlanması və bu istiqamətdə tədris prosesinin səviyyəsinin yüksəldilməsi istiqamətində kursantların xüsusi qayğı ilə əhatə olunmasını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etməsini və bundan qürur duymalarını xüsusi vurğulamışdır.

Tədbir zamanı istifadəyə verilmiş yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilmiş, xatirə fotoşəkilləri çəkdirilmişdir. 

Sonda Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi





Избранный
9
6
azia.az

7Источники