RU

Ukrayna: Rusiya ballistik raket fırlatdı

Ukrayna Rusiyanın qitələrarası ballistik raketlə ərazisinə hücum etdiyini açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın raket hücumunun Dnepr şəhərindəki iş yerlərini və kritik infrastrukturu hədəf aldığı bildirilib. Açıqlamada 2022-ci ildən bəri davam edən müharibədə ilk dəfə olaraq minlərlə kilometr mənzilə və nüvə tutumuna malik ballistik raketlərdən istifadə edildiyi vurğulanıb.

Dnepr qubernatoru Serhiy Lısak isə, raket hücumunun sənaye obyektinə ziyan vurduğunu və yanğınlara səbəb olduğunu, 2 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin icazəsini alan Ukrayna çərşənbə axşamı Amerikanın ATACMS raketlərini Rusiya ərazisinə buraxıb.

Rusiya prezidenti Vladimir Putin ballistik raket hücumlarına nüvə silahı ilə cavab verməyə çağıran doktrinanı təsdiqləyib.



Избранный
18
50
trt.net.tr

10Источники