RU

Rublun zəifləməsinin əsas səbəbləri açıqlanıb

"Dolların 100 rubldan yuxarı qalxması valyuta qıtlığına səbəb olub".

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bunu "Sinara" investisiya bankının iqtisadçısı Sergey Konygin deyib.

O, bildirib ki, valyuta bazarında tələb və təklif balanssızlığı formalaşıb və bu, rubla təzyiq göstərir. 

"İxracatçılar tərəfindən xarici valyuta gəlirlərinin məcburi satışı həddinin 60%-dən 40%-ə endirilməsi Moskva birjasında xarici valyuta ticarətinin azalmasına səbəb olub. Şirkətlər valyutanı xarici hesablarda saxlaya, faiz gəlirləri və rublla kreditlərə görə vergi ödəyə bilərlər. Bundan başqa, dollar/rubl məzənnəsinə ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi təsir edib. Səsvermənin nəticələri açıqlandıqdan sonra dollar əsas dünya valyutaları səbətinə nəzərən əhəmiyyətli dərəcədə bahalaşıb".

Gülşən Şərif
 

Избранный
11
bakivaxti.az

1Источники