RU

“Oğuzda şəhid ailələrinə qarşı ayrı-seçkilik var” -Şəhid qardaşı

“Oğuzda şəhid ailələri arasında ayrı-seçkilik edilir.” – bu fikirləri saytımıza açıqlamasında şəhid Zaur Əliyevin qardaşı İslam Əliyev bildirib.

image-1

İslam Əliyev bildirir ki, icra strukturları 2020-ci ilə qədər şəhid olan ailələrini ziyarət etmir.

“Oğuz rayon komisarliğinda qeydiyyatda olan cəmi 96 şəhid var . Onlarin 26 -sı 2020-ci ildə  Vətən Müharibəsində və ondan sonra şəhid olub.  Oğuz rayonu İcra Hakimiyyətinində olan ümumi siyahıda isə   109 şəhid var. Bunların bir neçəsi rəsmən başqa rayonlarda qeydiyyatdadır  və müəyyən səbəblərdən Oğuzda dəfn olunublar. Lakin nədənsə icra strukturları yalnız Vətən Müharibəsində şəhid olan ailələri diqqətdə saxlayırlar. Bu gün mənim qardaşım Zaur Əliyevin şəhid olduğu gündür. Lakin heç bir dövlət rəsmisi  mənim qardaşımın şəhid olduğu gündə bu tədbirlərdə iştirak etmədi. Bunu biz ailəmizə qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Mən və qardaşlarım vətənə sədaqətlə xidmət etmişik. Ailəmizin bir neçə üzvü Qarabağ savaşının iştirakçısıdır. Yəqin ki, Oğuz rayon İcra hakimiyyəti bu ayrı-seçkiliyi aradan götürəcək. Rayonumuzun yeni başçısı Cavid Əbdul-Qədirov yəqin ki, öncəki icra başçılarının ayrı- seçkiliyinə son qoyacaq. Hər bir şəhidimiz bizim üçün əzizdir. Onlar bizim qardaşımız, oğlumuzdur. Ruhları şad olsun.” -deyə İslam Əliyev bildirib.

Избранный
21
1
moderator.az

2Источники