RU

Daha 46 marşrut xəttinin fəaliyyəti bərpa olunur- Siyahı

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

AYNA 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.

Qurumdan verilən məlumata görə, noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar aşağıdakılardır:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq edilib. COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirilib. Artıq onlardan bir çoxunun fəaliyyəti bərpa edilib.

Избранный
8
2
moderator.az

10Источники