RU

Kuryer xidmətləri - TENDER

"Rabitəbank" ASC, “Kuryer xidmətləri” ilə bağlı kotirovka elan edir.

Fins.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovkanın tələbləri, şərtləri haqqında ətraflı məlumatın olduğu cədvəlləri buradan əldə edə bilərsiniz: Cədvəl 1 Cədvəl 2

Təklif olan zərfə aşağıda qeyd olunan məlumatları da əlavə etməyiniz rica edilir:

Əsas məlumatlar:

• Şirkətin yaranma tarixi;
• Tam adı, hüquqi statusu, nizamnaməsi, reysterdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
• Son 1 ildəki  maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
• Son 1 ildəki  maliyə vəziyyəti barədə vergi orqanları tərəfindən təsdiq edilmiş maliyə hesabatının sürəti;
• Vergilərə görə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
• İxtisas uyğunluğu (xidmət göstərdikləri sahə tələbə uyğun gəlirmi);
• Şirkət heyəti haqqında məlumat (neçə nəfər işçisi var);
• Aktiv işlədikləri şirkətllər (referanslar).

Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər əlavə suallar yaranarsa, əlaqədar şəxsin procurement@rabitabank.com elektron ünvanına və ya 050-270-72-20 nömrəsinə müraciət edə bilərlər.

Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləyərək, aidiyyatı kotirovkanın adını qeyd edib 28.11.2024-ci il, saat 18:00-a kimi "Rabitəbank" ASC-nin Satınalma şöbəsinə, Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş olunur.
 

Zemfira Ms
Fins.az

Избранный
18
1
fins.az

3Источники